Start Up Xidmətləri


Təbii ki, sahib olduğnuz ərazidə soyutma sistemləri olarak Trane seçmek üçün bir səbəbiniz vardır. Bu marka illərdi ki, təhlükəsiz istifadə edilə bilən qabaqcıl və yüksək performansa sahib bir markadır. Amma sizində bildiyniz kimi, bir cihazın çalışma şəraitinə təsir edə biləcək amillər vardır.


1 ci il problemsiz çalışmanı təmin etmək üçün iki vacib addım:


  1. Quraşdırmanın yoxlanması və başlanması: Sistemin istismar müddəti ərzində yarana biləcək hər hansısa bir HVAC qəzası ilk fəaliyyət ilində özünü biruzə verir;
  2. Kritik parametrlərin monitorinqi və sistem parametrlərinin tənzimlənməsi; təcrübənin ilk aylarında ilk il ərzində işin və kritik parametrlərin monitorinqi böyük əhəmiyyət kəsb edir.

Belə ki, ilk fəaliyyət ilində cihazın düzgün şəkildə çalışmasına nəzarət etməklə, daha sonra kı illərdə işlətmədə yarana biləcək problemlərin qarşısını almış olacaqsınız.


5 temel servis


  • Quraşdırmadan sonra yoxlama: sistem işə salındıqdan sonra ,Trane tərəfindən xüsusi təlim keçmiş və ixtisaslaşmış mütəxəssiz sisteminizi yoxlayacaq, cihazın quraşdırma və başlanğıcın tamamilə fabrika göstəricilərinə uyqun işlədiyini təsdiqləyəcək. Varsa əgər qeyri-standart vəziyyətləri müştəriyə bildiriləcəkdir.
  • Qiymətləndirmə servis raportu: Yalnız Trane məxsus xüsusi proqramlaşdırılmış kompüterdə cihazın göstəriciləri və ya mövcud olan problem raport şəklində hazırlanır və Trane mərkəzinə göndərilir. Bu hesabat sizin avadanlıqların cari iş xüsusiyyətləri təhlil edir. Belə ki, bu rapor sayəsində gələcəkdə cihazın performans çalışmasını izləmək olur.
  • Tibbi müayinə: İxtisaslaşmı, Trane tərəfindən təlim keçmiş texniki mühəndisimiz sizin avadanlıqlarınızı yoxlayacaq, kritik parametrləri ölçəcək, cihaz idarəçiliyinin parametrlərini tənzimləyəcək və bütün lazımi istismar dəyərlərini düzəldəcəkdir.
  • Yağ analizi: Cillerdə olan kompressordan yağ xüsusi analiz qabları ilə götürlüb Tranen Fransadakı mərkəzinə labaratoriyada incələnməsi üçün göndərilir. Laboratoriyada çalışan mütəxəssislər yağ analizi nümünəsində metallaşmanı, turşuluğu və rütubəti yoxlayırlar. Yağ analizində hər hansısa problem izlənərsə raporda gələcəkdə yaşana biləcək problem  və məsləhətlər öz əksini tapır və müştəriyə təqdim olunur.
  • Filter dəyişimi: süzgəclər, Trane tövsiyələrinə uyğun olaraq dəyişdirilir,  bu da axını yaxşılaşdırır, sistemin səmərəli istifadəsini təmin edir.


 Əlavə xidmətlər

Vibrasiya təhlil: 1 ci il cihazın çalışmasına əsasən referans formalaşdırmaq ən uyqun zaman ola bilər. Bu referans gələcəkdə baş verə biləcək bir çox nasazlıqları müəyyən etməyə kömək edir, məsələn, şaft uyğunsuzluğu, cihaz yatağı nasazlığı və ya mühərrikdə elektrik problemi kimi.


Online izləmə: Avadanlıqlarınızı 7/24 izləmək üçün effektiv seçimdir. Online izləmə ilə, kritik həyəcan siqnallarınızı uzaqdan izləyə, mütəmadi olaraq əlaqə saxlaya və kritik siqnalizasiya fəaliyyətinin avtomatik hesabatlarını yarada bilərsiniz.


Operatorun təlimi: Trane tərəfindən təlim keçmiş səlahiyyətli servis mühəndisimiz, operatorun ən yaxşı istifadə və xidmət üsullarını mənimsəməsi üçün yerində təlim keçəcək. Beləliklə, sisteminizi təhlükəsiz, səmərəli və etibarlı şəkildə istifadə edə bilərsiniz